Pakistan rəsmiləri İranı Səudiyyə Ərəbistanına qarşı mümkün hücumların İslamabad üçün “qırmızı xətt” olduğu barədə xəbərdar etdiklərini bildiriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Pakistan rəhbərliyi birbaşa İran hücumundan daha çox Yəməndəki husilərin mümkün eskalasiyasının ölkəni münaqişəyə cəlb edə biləcəyindən narahatdır.
İslamabad hesab edir ki, husilərin hücumlarının genişlənməsi regionda vəziyyəti daha da gərginləşdirə və nəticədə Pakistanı hərbi müdaxilə etmək məcburiyyətində qoya bilər.
Rauf
























