İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun və müdafiə nazirinin İsrail Müdafiə Qüvvələrinə (IDF) verdiyi göstəriş dəyişməz olaraq qalır.
İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail qüvvələri Cənubi Livanda onlara və ya ölkənin şimal bölgəsinin sakinlərinə qarşı birbaşa və ya formalaşmaqda olan hər hansı təhlükənin qarşısını almaq üçün tam fəaliyyət azadlığına malikdir və bu məsələdə IDF üçün heç bir məhdudiyyət yoxdur.
O qeyd edib ki, İsrail hərbçilərinin arxasında həm hökumət, həm də ölkə ictimaiyyəti dayanır.
Baş nazir əlavə edib ki, İsrailin şimal sakinlərinin və bütün ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Cənubi Livandakı “təhlükəsizlik zonasında” lazım olduğu müddətdə qalmaq mövqeyində qətiyyətlidir.
Jalə
























