image-6821b4dcdc76de16399df7a3backend

Moskva metrosunda partlayış – VİDEO

Bitsevskiy Park metro stansiyası stansiyasında partlayış baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Moskva vaxtı ilə səhər saatlarında qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayış stansiyanın texniki sahəsində baş verib və sərnişinlərin hərəkət etdiyi əsas platformaya ciddi ziyan dəyməyib.

Hadisə yerinə dərhal fövqəladə xidmət orqanları, xilasedicilər və polis əməkdaşları cəlb olunub. Ərazi müvəqqəti olaraq bağlanıb, sərnişinlər isə təhlükəsizlik məqsədilə təxliyə edilib. Məlumata görə, partlayışın texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.

Rəsmi qurumlar hadisənin səbəblərini araşdırır. İlkin ehtimallara görə, elektrik avadanlıqlarında yaranan nasazlıq və ya kommunikasiya xətlərində baş verən problem partlayışa səbəb ola bilər.

Hazırda metro xəttində hərəkətin qismən məhdudlaşdırıldığı, alternativ marşrutlardan istifadə olunması tövsiyə edildiyi bildirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

JALƏ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki