image-kmo_111307_48040_1_t222_102447backend

Moskva İranın nüvə obyektlərinə zərbələrə qarşıdır

Rusiya ABŞ və müttəfiqlərini İranın nüvə obyektlərinə mümkün zərbələrdən imtina etməyə çağırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski Cenevrədə keçirilən BMT iclasında bildirib ki, Moskva Vaşinqtonu İranın dinc nüvə obyektlərinə hücum planlarından əl çəkməyə və hərbi qarşıdurmanın baş verməyəcəyinə dair qəti zəmanət verməyə çağırır.

Onun sözlərinə görə, Rusiya İranın dinc nüvə proqramı ətrafında yaranmış məsələlərin diplomatik yolla həlli üçün prosesin bərpasına hərtərəfli dəstək verməyə hazırdır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki