“Abşeron Rayon Mərkəzi Xəstəxanası (RMX)haqqında bəzi qeydlərim olacaq. Yazıram ki, bu nüanslara diqqət yetirilsin, düzəldilsin. Onu da qeyd edim ki, hadisə 16:43–16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü, lakin hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi”.
Bunu vəkil Fərhad Mehdiyev avtoqəza keçirərək həyatını itirən qızı ilə bağlı paylaşımında deyib.
İkincisi, uşağım külli miqdarda qan itirmişdi. Onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Sol bud sümüyündə açıq qırıq vardı, oradan nə qədər qan itirdiyini təsəvvür etmək olur. Lakin ona hər hansı qan köçürülmədi.
Mən anlayıram ki, Zəhranın aldığı zədələr çoxsaylı və ağır idi. Amma belə anlayıram ki, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.
Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan etsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər, çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini qeyd etmişdim”.
Vəkil qeyd edib ki, TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır:
“Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki, həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradakı xidmətlərin düzgün qurulması ciddi əhəmiyyət daşıyır”.
























