image-rubio-ai-impostorbackend

Marko Rubio: Çin İranın Hörmüz boğazında atdığı addımları dəstəkləmir

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı Çinin mövqeyinə diqqət çəkib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, Pekin İranın boğazda həyata keçirməyə çalışdığı addımları dəstəkləmir və bunu açıq şəkildə bəyan edib.

“Çinlilər özləri bu barədə danışsalar daha yaxşı olar. Amma hesab etmirəm ki, onlar İranın Hörmüz boğazında etməyə çalışdığı addımların tərəfdarıdır. Onlar açıq şəkildə bildiriblər ki, boğazdan keçid üçün rüsum tətbiq edilməsinə və ya naviqasiya azadlığının məhdudlaşdırılmasına qarşıdırlar. Ümid edirik ki, bu mövqelərini qoruyub saxlayacaqlar”, – deyə Rubio vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki