lavrovbackend

Lavrov: ABŞ Rusiyanı enerji bazarlarından çıxarmağa çalışır

Sergey Lavrov ABŞ-ı Rusiyanı qlobal enerji bazarından kənarlaşdırmağa çalışmaqda ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lavrov bildirib ki, Donald Tramp administrasiyası “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib, həmçinin Hindistandan Rusiya neftinin alışını dayandırmağı tələb edib. Onun sözlərinə görə, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi OFAC Venesuela neft sənayesinə icazə versə də, Rusiya, Çin, İran və Şimali Koreyanın iştirakını qadağan edib.

Lavrov vurğulayıb ki, Vaşinqton Ukrayna məsələsindən sonra əməkdaşlıq vədləri versə də, paralel şəkildə Moskvanı enerji bazarından sıxışdırmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki