image-n2p969l4w8lzjbtmxt2cwnqg0h80yt4bbackend

Laura Loomer Zelenski ilə görüşdə: “Rusiya təbliğatına aldanmışdım”

ABŞ-li sağçı siyasi fəal Laura Loomer Ukrayna Prezidenti Volodimir Zelenski ilə müsahibəsi zamanı əvvəllər Rusiya təbliğatının təsiri altında olduğunu etiraf edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Loomer bildirib ki, vaxtilə RT üçün təxminən beş məqalə yazıb və buna görə peşmandır. O, uzun müddət Ukrayna haqqında həqiqətə uyğun olmayan məlumatlara inandığını deyərək, ölkəni “nasistlərlə dolu” hesab etdiyini etiraf edib.

Buna cavab olaraq Zelenski qısa şəkildə, “Xeyr, biz nasist deyilik”, – deyə bildirib.

Söhbət zamanı Zelenski ABŞ siyasətinə də toxunaraq, “Düzünü desəm, əgər seçkilərə hansısa formada təsir edə bilsəydim, bəlkə də demokratlar bir qədər yaxşı nəticə əldə edərdilər”, – deyib.

Loomer isə buna cavab olaraq, “Biz bunu istəmirik. Biz bunu istəmirik”, – ifadələrini işlədib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki