İsrailin Milli Kiber Agentliyi bildirib ki, İranla əlaqəli hakerlər müharibə başlayandan bəri ən azı 50 təhlükəsizlik kamerasını sındırıb və 60 İsrail şirkətinin məlumatlarını məhv ediblər.
İNFAOZ.MEDİA xəbər verir ki, sındırılan kameralar əsasən raket zərbələrinin nəticələrinin qiymətləndirilməsi və İsrail hərbi qüvvələrinin hərəkətlərinin izlənməsi məqsədilə istifadə olunub. Hədəf alınan şirkətlərin əksəriyyəti kiçik və orta ölçülü müəssisələr olub və bəzi məlumatların bərpa olunmayacaq şəkildə silindiyi bildirilir.
Həmçinin qeyd olunur ki, İranın kiber fəaliyyətləri ABŞ və Körfəz ölkələrində də artıb, bu isə regionda kiber müharibənin daha da genişləndiyini göstərir.
Jalə
























