İtaliya hökuməti NATO-nun baş katibi Mark Ruttenin ABŞ–İsrailin İrana qarşı əməliyyatı ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte açıqlamasında ABŞ-a məxsus 500 təyyarənin İtaliyadakı Amerika bazalarından havaya qalxaraq əməliyyata dəstək verdiyini bildirmişdi.
Roma isə bu iddiaların yanlış təsəvvür yaratdığını vurğulayıb. İtaliya rəsmiləri ölkənin yalnız texniki və logistik xarakterli uçuşlara icazə verdiyini, döyüş missiyalarını dəstəkləmədiyini açıqlayıb.
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, Ruttenin açıqlamaları yanıltıcı olub və İtaliya qeyri-döyüş xarakterli dəstəkdən kənar istəkləri qəbul etməyib.
Rəsmi Roma bununla ölkənin əməliyyatda birbaşa hərbi iştirak etmədiyi mövqeyini bir daha vurğulayıb.
Jalə
























