İsrailin Diaspor Məsələləri naziri Amiçay Çikli Hindistanı ölkəsi üçün “super-strateji tərəfdaş” adlandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir bildirib ki, Hindistan və Pakistan arasında yaşanan gərginlik İsrailə də təsir göstərir. Onun sözlərinə görə, Pakistan İran, Qətər və Türkiyə ilə eyni mövqedə çıxış edir.
Çikli əlavə edib ki, buna qarşı Birləşmiş Ərəb Əmirlikləri, Somaliland, Yunanıstan və Kipr Türkiyənin əks mövqeyində yer alır. O, İsrailin bu ölkələrlə yeni dostluq münasibətləri qurduğunu da vurğulayıb.
Jalə
























