İsrail İranla bağlı hərbi əməliyyatların növbəti mərhələsinə keçdiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail ordusu İran ərazisində yerləşən əsas hərbi və silah obyektlərinə endirilən zərbələrin demək olar ki, başa çatdığını bildirib.
Bildirilib ki, bundan sonra diqqət iqtisadi hədəflərə yönəldiləcək. İsrail rəhbərliyi orduya İran iqtisadiyyatına zərbə vurmaq məqsədilə yeni tapşırıqlar verib.
Məlumata əsasən, növbəti mərhələdə qaz infrastrukturu kimi strateji iqtisadi obyektlərin hədəfə alınması planlaşdırılır.
Bu addımın İran üzərində təzyiqi artırmaq məqsədi daşıdığı qeyd olunur.
Jalə
























