İsrail ABŞ-ı Yaxın Şərqdəki hərbi bazalarını İsrailə köçürməyə dəvət edə bilər.
İNFOAZ.MEDİA İsrailin 12-ci kanalına istinadən xəbər verir verir ki, İsrail hökuməti ABŞ-a Yaxın Şərqdə yerləşən hərbi bazalarının bir hissəsinin İsrail ərazisinə köçürülməsi ilə bağlı təklif irəli sürməyi planlaşdırır. Məlumata görə, bu təşəbbüs regionda davam edən gərginlik fonunda təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.
Bundan əlavə, İsrail tərəfi müharibədən sonra ölkə ərazisində yeni hərbi bazaların tikintisini də ABŞ-la birgə həyata keçirməyi nəzərdən keçirir.
Rauf
























