ABŞ administrasiyası Donald Tramp və İranla bağlı danışıqlar barədə açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Al Jazeera-yə verilən müsahibədə bildirilib ki, ABŞ tərəfi İran sistemi daxilində qərarverici mövqedə olan şəxslərlə birbaşa və ya dolayı kanallar vasitəsilə əlaqə saxlayır. Onun sözlərinə görə, bu şəxslər razılığa gəlməkdə maraqlıdırlar və danışıqlar prosesi müsbət istiqamətdə davam edir.
Həmçinin qeyd olunub ki, Donald Tramp yaxın vaxtlarda İranla razılığın əldə olunacağına əmindir. Ağ Ev nümayəndəsi bu istiqamətdə diplomatik səylərin davam etdiyini və tərəflər arasında anlaşma üçün imkanların mövcud olduğunu vurğulayıb.
Danışıqların detalları açıqlanmasa da, ABŞ administrasiyası qarşılıqlı anlaşmaya nail olunmasının regionda gərginliyin azalmasına töhfə verə biləcəyini bildirir.
Rauf
























