image-3dtsbackend

İran və Rusiya birgə hərbi təlimləri başa çatdı

Iran və Rusiya arasında keçirilən birgə dəniz təlimi başa çatıb. Təlim Rusiyaya məxsus “Stoiky” gəmisinin vida mərasimindən sonra rəsmi şəkildə yekunlaşıb.

İNFOAZ.MEDİA xəbər verir ki, təlimlərin əsas məqsədi ikitərəfli hərbi əməkdaşlığı möhkəmləndirmək, dəniz təhlükəsizliyini artırmaq və əməliyyat təcrübəsi mübadiləsini genişləndirmək olub. Son mərhələdə planlaşdırılmış tapşırıqlar yerinə yetirilib və Rusiya gəmisi təlim zonasını tərk edib.

Tərəflər dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki