İran tərəfindən İsrail ərazisinə növbəti hücum həyata keçirilib. Məlumata görə, ölkənin cənubunda yerləşən Arad şəhərinə 2 raket zərbəsi endirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, raketlərdən biri təxminən 450 kiloqram partlayıcı maddə ilə birbaşa yaşayış məntəqələrinə düşüb. Bu, şəhərdə mülki yaşayış binalarının birbaşa hədəf alındığı ilk belə hadisə kimi qiymətləndirilir.
Zərbə nəticəsində azı 9 binaya ciddi ziyan dəyib. Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan 70-dən çox yaralının olduğu bildirilir. Onlardan 4 nəfərin vəziyyəti ağırdır və huşsuz vəziyyətdədir.
Eyni zamanda, dağıntılar altında qalan və itkin düşən şəxslərlə bağlı narahatlıqlar davam edir. Hadisə yerinə dərhal xilasetmə və yanğınsöndürmə briqadaları cəlb olunub, yaralıların təxliyəsi üçün helikopterlər də bölgəyə göndərilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Rauf
























