Hindistan hökumətinə təhsil naziri Dharmendra Pradhanın imtahan suallarının sızdırılması qalmaqalına görə istefası tələbinə cavab verməsi üçün şənbə gününün ikinci yarısınadək vaxt verilib.
İNFOAZ.MEDİA xəbər verir ki, etirazçılar həmçinin aksiya iştirakçılarına qarşı irəli sürülən ittihamların ləğv edilməsini və sualların sızdırılmasından sonra intihar etdiyi bildirilən tələbələrin ailələrinə kompensasiya ödənilməsini tələb edirlər.
Rauf
























