TƏYYARƏbackend

Həyəcan siqnalı verildi: TƏYYARƏ TƏCİLİ ENİŞ ETDİ – Bu ölkədə

21 yanvar 2026-cı il tarixində saat 14:46-da Daşkənd–Vladivostok marşrutu üzrə uçan Özbəkistan Hava Yollarına məxsus Boeing 767-300 təyyarəsi texniki nasazlıq səbəbindən Krasnoyarsk hava limanına təcili eniş edib.

İNFOAZ.MEDİA xəbər verir ki, təyyarədə 122 nəfər olub. Hadisə zamanı xəsarət alan olmayıb. Daha əvvəl təyyarənin təcili siqnal verdiyi və dərhal eniş üçün icazə istədiyi barədə məlumatlar yayılmışdı.

Bildirilir ki, Krasnoyarsk hava limanının bütün xidmətləri həyəcan vəziyyətinə gətirilib. Eniş təhlükəsiz şəkildə həyata keçirilib və hazırda hava limanı normal rejimdə fəaliyyətini davam etdirir. Təcili yardım və texniki xidmətlər hadisənin səbəblərini araşdıracaq.

Rauf,
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki