Hakan Fidanbackend

Hakan Fidan: “Müharibə dayandırıla bilmirsə, heç olmasa bəzi sahələrdə moratorium elan edilməlidir”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsi ilə bağlı bildirib ki, əgər müharibəni tamamilə dayandırmaq mümkün deyilsə, ən azı strateji əhəmiyyət daşıyan bəzi sahələrdə hərbi əməliyyatlara moratorium tətbiq olunmalıdır.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirin sözlərinə görə, xüsusilə Qara dənizdə təhlükəsizlik və enerji infrastrukturu ilə bağlı qarşıdurmalar dayandırıla bilər.

“Əgər müharibə tam dayandırıla bilmirsə, heç olmasa Qara dənizin təhlükəsizliyi və enerji təhlükəsizliyi kimi bir neçə kritik sahədə müharibəyə moratorium elan edilə bilər. Hədəflərə zərbələr endirilməməlidir”, – deyə Hakan Fidan bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki