Türkiyənin xarici işlər naziri Hakan Fidan XXI əsrdə Avropada davam edən müharibənin yaratdığı təhlükələrdən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan bildirib ki, beş ilə yaxın davam edən və getdikcə daha dağıdıcı xarakter alan konvensional müharibənin heç bir əsaslandırması yoxdur.
Nazirin sözlərinə görə, münaqişənin daha da genişlənməsi riski artır və bu təhlükə həm coğrafi baxımdan yeni ərazilərə, həm də kritik infrastruktur obyektlərinə yayılır.
“Eskalasiya riski artır. Müharibə yeni hədəflərə, o cümlədən infrastruktura yönəlir və Allah eləməsin, yeni silah növlərinin tətbiqi təhlükəsi də mövcuddur”, – deyə Hakan Fidan vurğulayıb.
Türkiyə XİN başçısı münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərin artırılmasının vacibliyini qeyd edib.
Rauf
























