Gəncədə partlayış: xəsarət alan varbackend

Gəncədə partlayış: xəsarət alan var

Gəncədə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

İNFOAZ.MEDİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, şəhər sakini 1965-ci il təvəllüdlü M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki