Türkiyənin xarici işlər naziri Hakan Fidan Fars körfəzi ölkələrinə səfəri çərçivəsində ərəb həmkarları ilə görüşlər keçirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir TRT Haber kanalına açıqlamasında bildirib ki, Körfəz ölkələri İranın onların ərazilərinə endirdiyi zərbələrlə bağlı Tehrana “son xəbərdarlıq” göndəriblər.
Fidan vurğulayıb ki, ərəb ölkələri hazırda ciddi təhlükə altındadır, lakin onların ABŞ, İsrail və İran arasında davam edən münaqişə ilə birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, zərbələr davam edərsə, bu ölkələr cavab tədbirləri görmək məcburiyyətində qala bilər.
Rauf
























