Türkiyə Super Liqasının 23-cü turunda “Fənərbaxça” doğma meydanda “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Fənərbaxça” ilk hissədə zədə səbəbilə iki məcburi dəyişiklik etmək məcburiyyətində qalıb və hücumda istədiyi oyunu qura bilməyib. “Kanarya” 90+5-ci dəqiqədə Marco Asensionun qolu ilə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib və 90+11-ci dəqiqədə qapısında bərabərlik qolunu görüb.
Bu nəticə ilə “Fənərbaxça” cari mövsümdə evdə 4-cü dəfə xal itkisi yaşayıb. İstanbul təmsilçisi daha əvvəl doğma azarkeşləri önündə “Alanyaspor”, “Galatasaray” və “Göztepe” ilə də qələbə qazana bilməmişdi.
Domenico Tedesconun rəhbərlik etdiyi komanda mövsümdə 8-ci heç-heçəsini edib.
Lider Galatasaray-ın məğlub olduğu turda fürsətdən yararlana bilməyən Fenerbahçe xallarını 53-ə yüksəldib.
Təbriz
























