Abbas Əraqçibackend

Əraqçi: İran bu müharibədən daha güclü çıxıb

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin son müharibədən güclənərək çıxdığını və beynəlxalq mövqeyinin əvvəlkindən daha da möhkəmləndiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçinin sözlərinə görə, İran İslam Respublikasının mövqeyi artıq keçmişlə müqayisədə daha yüksək və daha güclüdür.

“Biz bu müharibədən güclü şəkildə çıxdıq və qarşıdakı mərhələni daha da güclənərək keçəcəyik”, – deyə o vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, İran hazırda dünyada güclü, prinsipial və dözümlü dövlətin simvolu kimi tanınır.

“Ən vacibi odur ki, İran İslam Respublikası artıq güclü, mətin və dayanıqlı bir ölkənin simvolu kimi qəbul olunur. Biz gələcəkdə də bu yolu davam etdirəcəyik”, – deyə Abbas Əraqçi bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki