image-5938473310079356324backend

Əhməd əl-Şaraa Kral III Çarlz ilə görüşüb

Suriya Prezidenti Əhməd əl-Şaraa Böyük Britaniyaya səfəri çərçivəsində Bukingem Sarayında Kral III Çarlz ilə görüş keçirib.

İNFOAZ.MEDİA xəbər verir ki, görüş zamanı Böyük Britaniya ilə Suriya arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə əlaqələrin inkişafı müzakirə olunub. Tərəflər xüsusilə ölkələrarası münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Kral III Çarlz Suriyaya və Suriya xalqının ölkənin bərpası istiqamətində apardığı səylərə dəstəyini ifadə edib. Görüşdə regionda sabitliyin təmin olunmasının əhəmiyyəti də diqqətə çatdırılıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki