image-5983163608730373679backend

Çin və Aİ elmi əməkdaşlığı genişləndirdi: Yeni saziş imzalandı

Çin və Avropa İttifaqı (Aİ) 2025–2027-ci illəri əhatə edən birgə elmi tədqiqat sazişini yeniləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, yeni razılaşma iqlim dəyişikliyi, kənd təsərrüfatı, biomüxtəliflik və ərzaq sahələrində birgə tədqiqatların davam etdirilməsini nəzərdə tutur. Bu addım tərəflərin ticarət və geosiyasi gərginliklərə baxmayaraq elmi əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını göstərir.

Bununla belə, saziş süni intellekt, yarımkeçiricilər, kvant texnologiyaları və biotexnologiya kimi həssas sahələri əhatə etmir. Aİ bu istiqamətlərdə Çin tərəfinin iştirakına məhdudiyyətlər tətbiq edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki