Bugün “Çəhrayı Ay” səmada müşahidə olunacaq. Ayı izləmək üçün ən uyğun vaxt saat 19:20–19:40 aralığında olacaq. Bu zaman Ay daha böyük və sarımtıl-narıncı görünəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, adına baxmayaraq, Ay çəhrayı olmayacaq, bu ad Şimali Amerikada aprel ayında çiçək açan “floks” bitkisindən götürülüb. Aprel dolunayı həm də Pasxa tarixinin müəyyən edilməsində mühüm rol oynayır.
Rauf
























