Ramzan Kadırovbackend

Çeçenistanda fövqəladə vəziyyət elan edildi

Çeçenistan Respublikasında əlverişsiz hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan olunub. Qərar Ramzan Kadırov tərəfindən imzalanıb.

İNFOAZ.MEDİA xəbər verir ki, güclü yağışlar nəticəsində xüsusilə Qudermes rayonunda vəziyyət ağırlaşıb. Təxminən 750 ev su altında qalıb, 500-dən çox sakin təxliyə edilib.

Fövqəladə vəziyyət əhalinin təhlükəsizliyini təmin etmək və fəsadların aradan qaldırılması məqsədilə tətbiq olunub.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki