Boris Consonbackend

Boris Conson: “Münaqişə bu il bitə bilər”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson hesab edir ki, Ukrayna münaqişəsi bu il başa çata bilər. Onun sözlərinə görə, bunun üçün Qərb Rusiyaya, xüsusilə Prezident Vladimir Putinə təzyiqi artırmalıdır. Conson Ukraynanın sonda qalib gələcəyinə inandığını bildirib, lakin bəzi britaniyalı analitiklər bu fikirlə razılaşmır.

İNFOAZ.MEDİA xəbər verir ki, Financial Times qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin “sonunun əvvəlində” ola biləcəyini deyib. O vurğulayıb ki, etibarlı təhlükəsizlik zəmanətləri olmadan atəşkəs böyük risklər yaradar və Ukraynaya müvəqqəti deyil, davamlı sülh lazımdır.

Eyni zamanda, beş Avropa kəşfiyyat qurumunun rəhbərləri Reuters-ə bildiriblər ki, 2026-cı ilə qədər sülh sazişinin əldə olunması real görünmür. Bəzi analitiklər danışıqları “formal xarakterli proses” kimi qiymətləndirir və yaxın vaxtda ciddi irəliləyiş gözləmirlər. Bununla belə, Qərbdə müəyyən şərtlər daxilində danışıqlarda irəliləyişin mümkün ola biləcəyi də istisna edilmir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki