Blinkenbackend

Blinken: Tramp İran məsələsində “eskalasiya tələsinə” düşüb

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken Prezident Donald Trampın İranla bağlı siyasətini tənqid edərək, administrasiyanın aydın və həyata keçirilə bilən strategiyaya malik olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Blinkenin sözlərinə görə, ABŞ ordusu ona verilən tapşırıqları uğurla yerinə yetirir. Lakin problem hərbi qüvvələrdə deyil, müəyyən edilmiş məqsədlərin kifayət qədər düşünülməməsindədir.

“İranın bəzi raketlərini məhv etməklə taktiki uğurlar əldə edə bilərsiniz, amma strateji baxımdan müharibəni uduza bilərsiniz”, – deyə o bildirib.

Keçmiş dövlət katibi əlavə edib ki, hazırda Prezident Tramp çıxış yolu tapmaqda çətinlik çəkdiyi bir vəziyyətə düşüb və bəzi ekspertlər bunu “eskalasiya tələsi” adlandırırlar.

“Düşünürəm ki, o, özünü saldığı vəziyyətdən çıxmaq istəyir. Çıxış yolu axtarır, amma tapa bilmir. O, həm də qəbul edə bilmir ki, bu müharibə nəticəsində əvvəllər mövcud olmayan tamamilə yeni bir reallıq yaradıb”, – deyə Blinken vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki