image-l-0x0wh-786x458z-1backend

Blinken: ABŞ-a qlobal etimad azalır, bəzi ölkələr Çini daha etibarlı hesab edir

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken ölkəsinin beynəlxalq nüfuzunun zəiflədiyini və bir çox dövlətin Vaşinqtonu əvvəlki kimi etibarlı lider hesab etmədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Blinkenin sözlərinə görə, dünyanın müxtəlif bölgələrində ABŞ-a dəstək sürətlə azalır və bir sıra sorğular Çinin daha etibarlı və etimad doğuran tərəfdaş kimi qəbul edildiyini göstərir.

“ABŞ-ı etibarlı lider və əməkdaşlıq etmək istənilən ölkə kimi görənlərin dəstəyi sürətlə azalır. Sorğular göstərir ki, Çin daha etibarlı hesab olunur”, – deyə o bildirib.

Keçmiş dövlət katibi əlavə edib ki, Almaniya kimi ölkələrdə ABŞ artıq rəqib dövlət kimi qiymətləndirilir. Onun sözlərinə görə, oxşar tendensiyalar Avropanın digər ölkələrində, eləcə də Cənubi Koreya, Yaponiya və başqa regionlarda da müşahidə olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki