image-000_9b34gqbackend

Bennett: İsrail İran etirazları üçün “Starlink” infrastrukturunu hazırlayırdı

İsrailin sabiq baş naziri Naftali Bennett İranla bağlı açıqlamasında bildirib ki, ölkədə etirazlar zamanı internetin kəsilməsinin qarşısını almaq üçün xüsusi proqram üzərində işləyiblər.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, plan çərçivəsində İrana on minlərlə “Starlink” qəbuledicisinin əldə edilərək gizli yollarla çatdırılması nəzərdə tutulurdu. Məqsəd internet və sosial şəbəkələrin fəaliyyətini davam etdirmək, etirazçıların əlaqəsini qorumaq və koordinasiyanı təmin etmək idi.

Bennett iddia edib ki, sonradan hakimiyyətə gələn İsrail hökuməti bu proqramı dayandırıb. O əlavə edib ki, nəticədə sonrakı etirazlar zamanı nəzərdə tutulan infrastruktur mövcud olmayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki