İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahu ilə bağlı açıqlama verərək onun ABŞ Prezidenti Donald Tramp qarşısında da mövqeyini qorumalı olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ben-Qvir qeyd edib ki, Netanyahu əvvəllər də ABŞ-ın müxtəlif administrasiyaları ilə fikir ayrılıqları zamanı öz mövqeyindən geri çəkilməyib.
“Ümid edirəm ki, Netanyahu Trampa qarşı da möhkəm dayanacaq. O, Obama ilə, digər prezidentlərlə və Baydenlə münasibətlərdə də bunu edib”, – Ben-Qvir bildirib.
Jalə
























