Almaniya kansleri Fridrix Merts Rusiyanın və Çinin Avropa üçün yaratdığı çağırışlardan danışaraq transatlantik münasibətlərə dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, Rusiya Almaniya və Avropanın təhlükəsizliyi üçün təhdid yaradır, Çin isə iqtisadi sahədə əsas çağırışlardan biridir.
“Rusiya təhlükəsizliyimizi təhdid edir. Çin Xalq Respublikası iqtisadiyyatımıza meydan oxuyur”, – deyə kansler vurğulayıb.
O, həmçinin ABŞ və Avropa arasında əməkdaşlığın əvvəlki kimi dəyişməz hesab edilə bilməyəcəyini qeyd edib.
“Transatlantik tərəfdaşlığı artıq öz-özünə təmin olunmuş bir reallıq kimi qəbul etmək olmaz”, – deyə Merts əlavə edib.
Rauf
























