Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə etdiyi səfərdən böyük məmnunluq duyub.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən də böyük zövq alıb və iki ölkə arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirir.
Leavitt vurğulayıb ki, ABŞ prezidenti Vaşinqton və Ankara arasında əməkdaşlığın inkişafına önəm verir və Türkiyə ilə münasibətləri strateji əhəmiyyətli hesab edir.
Rauf
























