image-5983396756735069882backend

Ağ Ev Moonshot-u ABŞ-ın süni intellekt texnologiyalarını qanunsuz istifadə etməkdə ittiham etdi

Ağ Ev Çinin süni intellekt startapı Moonshot-u güclü Kimi K3 modelini hazırlayarkən ABŞ-ın ixrac məhdudiyyətinə məruz qalan Nvidia Blackwell çiplərindən qanunsuz istifadə etməkdə və ABŞ şirkətlərinin süni intellekt modellərini “distillasiya” etməklə inkişaf etdirməkdə ittiham edib.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ rəsmilərinin iddiasına görə, şirkət qadağan olunmuş çipləri Tayland vasitəsilə əldə edib, bununla da ABŞ-ın ixrac nəzarəti qaydalarını və süni intellekt şirkətlərinin istifadə şərtlərini pozub.

Moonshot ittihamlara hələlik münasibət bildirməyib. Nvidia isə bəyan edib ki, şirkət ABŞ-ın ixrac nəzarəti qaydalarındakı boşluqlardan istifadə etmir.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki