image-5915709944755850357-1backend

ABŞ Yaxın Şərqə bu elit qüvvələri YERLƏŞDİRİR

ABŞ-ın Yaxın Şərqə xüsusi təyinatlı qüvvələr yerləşdirməsi regionda mümkün hərbi ssenarilərlə bağlı sualları artırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Donald Tramp administrasiyası İrana qarşı gərginlik fonunda bölgəyə bir sıra elit hərbi birliklər göndərəcək.Bu qüvvələrə ABŞ Ordusunun 160-cı Xüsusi Aviasiya Alayı (SOAR), 75-ci Ranger Alayı, “Delta Force” (1-ci SFOD-D), 1-ci və 5-ci Xüsusi Qüvvələr Qrupları, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyat bölmələri daxildir.

Bu birliklər əsasən gizli əməliyyatlar, sürətli hücumlar, yüksək dəyərli hədəflərin zərərsizləşdirilməsi və yerli qüvvələrlə koordinasiya üçün istifadə olunur.

Ehtimal edilən ssenarilərdən biri isə Hörmüz boğazı ilə bağlıdır. Belə ki, İranın nəzarət etdiyi strateji adalar vasitəsilə gəmiçilik marşrutlarına təsir imkanları mövcuddur. ABŞ xüsusi təyinatlılarının mümkün əməliyyat planında bu adaların sürətli şəkildə ələ keçirilməsi və boğazda nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi ehtimal edilir.

Orxan

image-5915709944755850358-1 image-5915709944755850355-1 image-5915709944755850356-1 image-5915709944755850357-1

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki