image-hormuz-gemi-yenibackend

ABŞ və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin qorunması üçün koalisiya yaradır

ABŞ və Böyük Britaniya gələn həftə Londonda Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək beynəlxalq koalisiyanın yaradılmasını müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki, Axios-un məlumatına görə, yekunlaşdırılmaq üzrə olan görüşdə Qərb və region ölkələrinin müdafiə nazirləri, eləcə də yüksək rütbəli hərbi rəhbərlərinin iştirakı gözlənilir.

Məlumata əsasən, ABŞ-ın müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də görüşə qatılması planlaşdırılır.

Təşəbbüsün əsas məqsədi Yaxın Şərqdə artan gərginlik fonunda strateji əhəmiyyət daşıyan Hörmüz boğazında beynəlxalq dəniz daşımalarının təhlükəsizliyini gücləndirməkdir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki