ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalına dair lisenziyaların verilməsi prosesinə başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Kyiv Independent-in məlumatına görə, ukraynalı rəsmilər ABŞ tərəfinin konstruktiv mövqeyi sayəsində lisenziyalaşdırma prosesinin bir neçə ay əvvəl gözləniləndən daha sürətlə irəlilədiyini bildiriblər.
Məlumata əsasən, Lockheed Martin şirkəti də Ukraynaya müvafiq istehsal lisenziyalarının verilməsini tam dəstəkləyir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu gün çıxışında bildirib ki, ölkə ilk dəfə hava hücumundan müdafiə sistemlərinin istehsalı imkanına bu qədər yaxınlaşıb və bu razılaşmanı əldə edən üçüncü dövlət ola bilər.
Rauf
























