image-1723495240_17234891982705549997_1200x630backend

ABŞ silah satışını artırmaq niyyətindədir

ABŞ-ın Avropaya “Patriot” sistemləri üçün raket istehsalı üzrə lisenziya verməməsinin səbəbi Vaşinqtonun bu addımda öz marağını görməməsidir.

İNFOAZ.MEDİA-nın məlumatına görə, Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan bildirib ki, Avropa müdafiə xərclərini artırsa da, bu artım mövcud təhlükələrə adekvat deyil. Onun sözlərinə görə, əsas təhlükə Rusiya olaraq qalır və analitiklər Avropanın yaxın illərdə Moskvanın mümkün təzyiqlərinə tam hazır olmayacağını vurğulayırlar.

Kuzan qeyd edib ki, ABŞ istehsalçıları lisenziya verməkdə maraqlı deyil, çünki onlar Avropa ölkələrinin silahları birbaşa ABŞ-dan almasını daha məqsədəuyğun hesab edirlər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki