ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla davam edən münaqişə fonunda Pakistanlı vasitəçilərlə əlaqə saxlayıb. Məlumata görə, o, danışıqlar prosesində Pakistanın rolunun artdığını vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun əsas tələbləri – o cümlədən Hörmüz boğazının yenidən açılması – yerinə yetiriləcəyi təqdirdə atəşkəsə hazırdır.
Bununla yanaşı, ABŞ rəsmisi Irana xəbərdarlıq edərək qeyd edib ki, razılaşmadan imtina olunacağı halda ölkənin infrastrukturuna təzyiqlər daha da artırıla bilər.
Qeyd edək ki, münaqişə artıq beşinci həftəsinə daxil olub və bu müddətdə Pakistanın vasitəçilik səyləri daha da intensivləşib.
Rauf
























