TƏYYARƏbackend

ABŞ-da təyyarə qəzası: ÖLƏN VƏ YARALANANLAR VAR

ABŞ-ın LaGuardia Airport hava limanında bazar günü axşam saatlarında ciddi insident baş verib. Məlumata görə, təyyarə yanğınsöndürən maşını ilə toqquşub.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir, lakin qurbanların dəqiq sayı hələ rəsmi şəkildə təsdiqlənməyib.

Qəzadan sonra Federal Aviasiya İdarəsi (FAA) LaGuardia hava limanına yönələn bütün uçuşları dayandıraraq yerüstü dayanma (ground stop) elan edib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki