image-d0b1e9af-0f41-47a4-bcf5-b03c220775a9-hillcountryprepschoolchopper_frame_20117backend

ABŞ-da məktəbdə silahlı insident

ABŞ-da məktəbdə silahlı insident baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Bulverde şəhərində yerləşən məktəblərdən birində qeydə alınıb.

İlkin məlumata əsasən, 15 yaşlı şagird dərslər başlamazdan əvvəl məktəbdə müəllimə atəş açıb. Yaralanan müəllim xəstəxanaya yerləşdirilib, onun vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Hadisədən sonra hücum edən yeniyetmə intihar edib.

İnsident zamanı məktəb ərazisi mühasirəyə alınıb, şagirdlər təxliyə olunub. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki