Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın payız aylarında yeni səfərbərlik keçirməyə hazırlaşdığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat verib.
“Ukrayna Xarici Kəşfiyyat Xidmətindən Rusiyada səfərbərliyə hazırlıqla bağlı məlumat daxil olub. Onlar bunu payız üçün, parlament seçkilərinin imitasiya edilməsindən dərhal sonra hazırlayırlar.
Putinin planı xüsusilə mürəkkəb deyil: o, guya rusların müharibəni dəstəklədiyini göstərmək istəyir.
İndiyədək fəaliyyətinə icazə verilən bütün partiyalar bu və ya digər şəkildə sülhün əleyhinədir”, – Zelenski bildirib.
Jalə
























