Zelenski Ərdoğanbackend

Zelenski ilə Ərdoğan arasında TELEFON DANIŞIĞI OLUB

Rəcəb Tayyib Ərdoğan bildirib ki, İrandakı münaqişə Ukraynada sülh səylərinə mane olmamalıdır.

İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Ukrayna ilə bağlı sülh danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan qeyd edib ki, İrandakı gərginlik Ukraynada sülh prosesinə təsir göstərməməli və danışıqların mümkün qədər tez davam etdirilməsi vacibdir.

O əlavə edib ki, Ukraynanın bərpası və ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin olunması istiqamətində səylər böyük əhəmiyyət daşıyır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki