Qraham hesab edir ki, ABŞ Prezidenti Donald Tramp-ın müttəfiqlərlə bağlı yanaşması NATO üçün risk yaradır.
İNFOAZ.MEDİA xəbər verir ki, Xarici Əlaqələr Şurasının üzvü olan Qraham bildirib ki, Vaşinqtonun müttəfiqlərlə koordinasiya etmədən Yaxın Şərqdə hərbi addımlar atması alyans daxilində etimadı zəiflədir. Bu isə tərəfdaş ölkələrin ABŞ-a dəstəyini azalda bilər.
Onun sözlərinə görə, belə qərarlar əvvəlcədən müzakirə olunmadan həyata keçirilib və nəticələrinin ciddi ola biləcəyi əvvəlcədən bəlli idi. Bu səbəbdən də hazırda bir sıra müttəfiqlər Vaşinqtonun mövqeyinə ehtiyatla yanaşır.
Qraham qeyd edib ki, hələlik genişmiqyaslı böhrandan danışmaq tezdir. Lakin mövcud xətt davam edərsə, yaxın aylarda vəziyyət daha da gərginləşə bilər. O əlavə edib ki, müttəfiqlər artıq ABŞ-ın addımlarına, o cümlədən Ukrayna ilə bağlı mövqeyinə və Qrenlandiya ətrafında gedən müzakirələrə görə daha təmkinli reaksiya verirlər.
Rauf
























