image-media-inshot_20260302_174718023-bscex9backend

Xameneyinin həyat yoldaşı sağdır – İDDİA

İranın keçmiş ali rəhbəri Əli Xameneyinin həyat yoldaşı Mənsurə Xocəstənin öldüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, ABŞ və İsrailin hücumu nəticəsində Xameneyinin həyat yoldaşının həlak olduğu barədə sosial şəbəkələrdə yayılan iddialar yanlışdır.

Agentliyin məlumatına görə, Xameneyinin həyat yoldaşı sağdır və onun həyatını itirməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Qeyd edək ki, son günlər bölgədə gərginliyin artması fonunda sosial mediada müxtəlif təsdiqlənməmiş məlumatlar yayılmaqdadır.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki