ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir neçə ay ərzində İranın yüksək vəzifəli liderlərini, o cümlədən Ali Rəhbər Əli Xameneini yaxından izləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, CİA zabitləri bu müddət ərzində liderlərin gündəlik hərəkətləri, görüşləri və digər strateji məlumatlarını toplayıb.
Toplanan kəşfiyyat məlumatları İsrailə ötürülüb və bunun sayəsində ABŞ və İsrailin İrana mümkün hərbi hücumlarının vaxtı və hədəfləri planlaşdırılıb.
Eyni zamanda, bu məlumatlar İran rəsmilərinə qarşı sonrakı əməliyyatların və sui-qəsd planlarının hazırlanmasında da istifadə olunub.
Orxan Məhərrəmov
























