image-wp-80a7baaa8299-nocomment-776bfd3bb1700db0fa410ea659b697df-9q75xbpskuey134cibackend

Vətəndaşlar “Gənclik Mall”dan təxliyə edilir – SƏBƏB

Nərimanov rayonunda, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində təhlükəsizlik siqnalı verilib.

Belə ki, ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb və müştərilərin təxliyəsinə başlanılıb. Təxliyənin əvvəlcədən elan edilməməsi bəzi müştərilər arasında çaşqınlıq və narahatlıq yaradıb.

Ticarət mərkəzindən kənara çıxarılan şəxslər sonradan təxliyənin təlim xarakterli olduğunu anlayıblar.

Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin hansı məqsədlə keçirildiyi ilə bağlı əlavə məlumat verilməyib// bakivaxtiaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki