image-dubay-1-1024x576backend

Varlı Asiyalılar aktivlərini Dubaydan çıxarmaq istəyirlər

Münaqişə Asiya investorlarını Dubayla bağlı qərarlarını yenidən nəzərdən keçirməyə məcbur edir

İNFOAZ.MEDİA Bloomberg agentliyinə istinadən xəbər verir ki, ABŞ, İsrail və İran arasında gərginliyin artması Asiya investorlarının Dubaya yönəlik planlarına təsir edib.

Məlumata görə, Asiya ölkələrindən olan varlı investorlar müvəqqəti olaraq Dubaiya kapital köçürmək planlarını dayandırır və Yaxın Şərqdəki aktivlərini azaltmağı düşünürlər. Halbuki son illərdə Dubay Asiyadan olan sahibkarlar və varlı ailələr üçün əsas sərvət və investisiya mərkəzlərindən birinə çevrilmişdi.

Annum Capital şirkətinin rəhbəri Nik Xiao bildirib ki, Asiya investorları hazırda strategiyalarını dəyişir və vəsaitlərini yenidən Hong Kong və Sinqapur kimi maliyyə mərkəzlərinə yönəltməyə başlayıblar.

Bununla belə, Enness Global şirkətinin baş direktoru Isley Robinson bu addımların daha çox ehtiyat tədbiri olduğunu və müvəqqəti xarakter daşıdığını qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Tehran isə buna cavab olaraq İsraildəki hədəfləri və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarını vurub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki